Türkiyədə qəzada xəsarət almış azərbaycanlı tələbə Möhlət Bəhlulzadə xəstəxanada vəfat edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qəza hadisəsi oktyabrın 11-i Alanya şəhərində baş verib.
Belə ki, 62 yaşlı Süleyman T.-nin idarə etdiyi minik avtomobili 27 yaşlı Möhlət Bəhlulzadənin kvadrasiklinə arxadan çırpılıb.
Zərbənin təsirindən ağır xəsarətlər alan Bəhlulzadə xəstəxanaya yerləşdirilib, lakin 15 gün sonra - oktyabrın 26-sı həyatını itirib.
Qəzaya səbəb olan taksi sürücüsü Süleyman T. məhkəmə qərarı ilə həbs edilib.
Qeyd edək ki, M.Bəhlulzadə Alanya Alaaddin Keykubat Universitetinin tələbəsi idi.