2025–2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 81 063 şagird təhsil alır, məktəbəhazırlıq qruplarında isə 5 293 uşağın təlim-tərbiyəsi təşkil olunur. Bu təhsil prosesini həyata keçirən müəllimlərin sayı 10 411 nəfərdir.
AzEdu.az xəbər verir ki, regionda fəaliyyət göstərən təhsil müəssisələri arasında 3 lisey, 1 birbaşa tabe lisey, 2 məktəb-lisey, 1 gimnaziya, 1 internet tipli lisey, 3 internat tipli inteqrasiya təlimli gimnaziya, 8 ibtidai məktəb, 73 ümumi orta məktəb və 258 tam orta məktəb olmaqla cəmi 350 təhsil müəssisəsi fəaliyyət göstərir.
Məktəbəqədər təhsil sahəsində isə 204 müəssisədə 7 602 uşağın təlim-tərbiyəsi ilə 983 tərbiyəçi məşğul olur. Bundan əlavə, regionda 12 məktəbdənkənar təhsil müəssisəsi də fəaliyyət göstərir.