Noyabrın 16-da Bakıda Qlobal Gənclər Günü keçiriləcək.
AzEdu.az bu barədə Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.
Məlumata görə, tədbir noyabrın 17-28-də Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində təşkil ediləcək.