Lənkəran Dövlət Universitetinin gənc alimlərinin sırasına daha biri əlavə olunub
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.10.2025-ci il tarixli qərarı ilə Lənkəran Dövlət Universitetinin "Riyaziyyat və İnformatika" kafedrasının baş müəllimi Şəbinə Ağadin qızı Niftullayevaya 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.