Azedu.az

“Oxumaq istəyən üçün maneə yoxdur” - dövlət tələbələrin yükünü AZALDIR

Xəbərlər

28 Oktyabr 2025, 16:47
“Oxumaq istəyən üçün maneə yoxdur” - dövlət tələbələrin yükünü AZALDIR

Son illərdə təhsil alanların xərclərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Hər il bu göstərici daha da artır - bir neçə il öncə 30 faiz idisə, hazırda 60 faizə yaxınlaşıb.

Bu barədə AzEdu.az-a təhsil eksperti Elçin Süleymanlı məlumat verib.

Ekspertin sözlərinə görə, bu artımın əsas səbəbi dövlət sifarişli təhsil alan tələbələrin sayının çoxalmasıdır:

“Tələbələrin əksəriyyəti hazırda dövlət sifarişi ilə təhsil alır. Eyni zamanda, Təhsil Tələbə Krediti Fondu vasitəsilə də tələbələrin təhsil haqları ödənilir. Lakin ictimaiyyət arasında bu fondun imkanları və istiqamətləri barədə məlumat azdır. Həmçinin, qəbul planları ilə dövlət sifarişi arasında bəzən yanlış anlaşılmalar yaranır.

Məsələn, 4-cü ixtisas qrupunda bəzi mediada təhsil haqqı ilə bağlı məlumatlar önə çəkilsə də, 1-ci kursa qəbul olunanların demək olar ki, hamısı dövlət sifarişlidir. Yəni burada ödəniş tələb olunmur. Əvvəlki illərlə müqayisədə fərq ondadır ki, artıq tələbələrin böyük hissəsi dövlət dəstəyi ilə təhsil alır. Xüsusilə 1-ci ixtisas qrupunda 200 baldan yuxarı nəticə göstərənlər dövlət sifarişi üzrə oxuma imkanı əldə edirlər. Universitetlərin büdcəsi bütün tələbələri əhatə etməyə imkan verməsə də, dövlətin təhsilə dəstəyi kifayət qədər güclüdür”.

Elçin Süleymanlı qeyd edib ki, əsas şərt tələbənin oxuma həvəsidir:

“Eyni zamanda, imtiyazlı tələbələr və sağlamlıq imkanları məhdud olanlar da bu dəstəkdən yararlanırlar. Əgər tələbə təhsil haqqını ödəyə bilmirsə, part-time təhsil formasını seçərək az sayda dərs götürüb işləyə və xərclərini qarşılaya bilər.

Yaxşı oxuyan tələbələr üçün imkanlar kifayət qədər genişdir. Müxtəlif təqaüd proqramları mövcuddur və əsas olan tələbənin motivasiyasıdır. Azərbaycanda bu sahədə dövlət dəstəyi bir çox ölkələrlə müqayisədə daha yüksəkdir və bu siyasət təqdirəlayiqdir”.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox