Azedu.az

Avstraliya universitetlərində xarici tələbə qəbulu məhdudlaşdırılır

Xəbərlər

27 Oktyabr 2025, 17:44
Avstraliya universitetlərində xarici tələbə qəbulu məhdudlaşdırılır

Avstraliya hökuməti universitetlərdə xarici tələbə qəbulunun sayını məhdudlaşdırmaq barədə qərar verib. Qərara əsasən, ali təhsil müəssisələrinə göstəriş göndərilib ki, kampuslarda yerli tələbələrin üstünlük təşkil etməsi təmin olunsun.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  bu addım beynəlxalq tələbələrin sayının son illər ərzində sürətlə artması ilə əlaqədardır. Hökumət hesab edir ki, bu artım yerli gənclərin universitetlərə qəbul imkanlarını məhdudlaşdırır.

Ekspertlər bildirirlər ki, qərar ölkənin təhsil siyasətində, beynəlxalq tələbə axınında və yerli tələbələrin ali təhsilə çıxış imkanlarında ciddi dəyişikliklərə səbəb ola bilər.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox