Azedu.az

Uşaq nə zaman rəsmi qaydada övladlığa götürülmüş hesab olunur?

Xəbərlər

27 Oktyabr 2025, 14:15
Uşaq nə zaman rəsmi qaydada övladlığa götürülmüş hesab olunur?

Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir.

Maraqlıdır, uşaq nə zaman rəsmi qaydada övladlığa götürülmüş hesab olunur?

AzEdu.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etditi məlumata əsasən, nazirlik sınaq müddətinin sonunda övladlığa götürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır:

“Rəyin hazırlanmasında övladlığa götürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəy), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır. Rəy sənədlərlə birlikdə məhkəməyə təqdim edilir.

Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır”,-deyə qeyd edilib.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox