Azedu.az

Faktiki hava açıqlanıb

Xəbərlər

27 Oktyabr 2025, 11:20
Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısamüddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Yüksək dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.

AzEdu.az xəbər verir ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 mm-dək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 m/s-dək güclənib.

Oktyabrın 27-si gündüz, 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox