ABŞ-nin Pensilvaniya ştatındakı Linkoln Universitetində açılan atəş nəticəsində bir nəfər həlak olub, azı altı nəfər yaralanıb.
AzEdu.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, üzərində odlu silahı olan bir nəfər saxlanılıb.
Bildirilir ki, hadisə Linkoln Universiteti tərəfindən təşkil edilmiş futbol matçından sonrakı əyləncə zamanı baş verib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb