Azedu.az

İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Xəbərlər

26 Oktyabr 2025, 12:51
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb.

Oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzEdu.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox