Azedu.az

Kürdəmirdə dəhşətli yol qəzası - Ana və 5 yaşlı oğlu həlak oldu 

Xəbərlər

25 Oktyabr 2025, 23:12
Kürdəmirdə dəhşətli yol qəzası - Ana və 5 yaşlı oğlu həlak oldu 

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, VAZ-2107 markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İlkin Hüseynov kənd ərazisində hərəkətdə olarkən qarşısında gedən qoşqulu traktora çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi – 2020-ci il təvəllüdlü Uğur Hüseynov və onun anası Vüsalə Hüseynova hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişinlər – sürücü İlkin Hüseynov, Səmiyə Hüseynova və onun 8 yaşlı nəvəsi Yusif Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri cəlb olunub. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması xüsusi riskli xilasetmə dəstəsi tərəfindən həyata keçirilib. Ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, qəza zamanı ölən və yaralananların hamısı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox