Azedu.az

“UniStartup” müsabiqəsinin qalibləri bəlli olub

Xəbərlər

25 Oktyabr 2025, 15:55
“UniStartup” müsabiqəsinin qalibləri bəlli olub

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri çərçivəsində “UniStartup” müsabiqəsinin yekun mərhələsi olaraq təqdim edilmiş layihələrin qiymətləndirilməsi mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, müsabiqəyə Mingəçevir Dövlət Universiteti və regionun digər ali təhsil müəssisələrinin tələbə və magistrantları tərəfindən ümumilikdə 90-dək layihə təqdim edilib. Layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib. Yekunda Gəncə şəhərindən olan “Tura” komandası I yerdə, “Agrosphera” komandası II yerdə, MDU-nun “Skydog” komandası III yerdə qərarlaşıb. Həvəsləndirici yerlərdə isə “Clinical-MDU”, “Termal ATU” və “Aqrotank-AQRAR”
komandaları qərarlaşıb.

Qalib komandalar pul mükafatı və hədiyyələrlə təltif ediliblər.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox