Azərbaycanda hər iki tələbədən biri ödənişsiz təhsil alır.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Avropada Təhsil” sərgisindəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildən bəri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar nəticəsində həm ali təhsil alan tələbələrin, həm də dövlət hesabına təhsil alan tələbələrin sayında artım olub.
“Xaricdə təhsil proqramına yüzlərlə tələbə qoşulub və onların sayı gələcəkdə də arta bilər” nazir müavini qeyd edib.
O, Fransa-Azərbaycan, İtaliya-Azərbaycan universitetlərini misal gətirərək xarici ölkələrlə təhsil sahəsində əməkdaşlığa toxunub və Macarıstanla əldə olunan razılaşmalar əsasında, 200 azərbaycanlı tələbənin Macarıstanda bu dövlətin dəstəyilə təhsil aldığını bildirib.