Azedu.az

Kimlər məktəb direktoru ola bilər? - MÜTDA

Xəbərlər

24 Oktyabr 2025, 20:03
Kimlər məktəb direktoru ola bilər? - MÜTDA

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə bağlı yaydığı sual-cavab faylında məlumat verilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox