Azedu.az

LDU-da ekoloji mövzuda seminar keçirilib

Xəbərlər

24 Oktyabr 2025, 17:31
LDU-da ekoloji mövzuda seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə iqlim dəyişilmələri, tullantıların idarə olunması mövzusunda maarifləndirici istiqamətdə ekoloji seminar keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov acaraq iqlim dəyişilmələrini, ekoloji problemləri dünyanı narahat edən ən qlobal məsələ adlandırıb, sağlam dünya naminə bu problemlərin operativ həllinin vacibliyini xüsusi vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şobəsinin müdiri Səyyarə Məmmədova, Ekoloji siyasət şöbəsinin Tullantıların idarə edilməsi sektorunun müdiri Mehman Nəbiyev, həmin sektorun məsləhətćisi İlkin Qəniyev, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin aparicı məsləhətçisi Günay Adıgozəlli, Təmiz şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev mövzu ətrafındakı çıxışlarında ölkədə həyata keçirilən ekoloji aksiyalar, bu istiqamətdəki maarifləndirici tədbirlər, qarşıda duran vəzifələr və sair haqqında söz açıblar.

Keçirilən diskussiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox