Azedu.az

Bu ölkədə yay təli qısaldılır

Xəbərlər

24 Oktyabr 2025, 16:02
Bu ölkədə yay təli qısaldılır

Şotlandiya hökuməti ölkə üzrə məktəblərdə yay tətilinin müddətini bir həftə azaltmaq və tədris ilini dörd dövrə bölmək təklifi ilə çıxış edib. Təklifin məqsədi uzun yay tətillərinin uşaqlarda yarada biləcəyi “təhsil itkisini” minimuma endirmək və sosial bərabərsizliklərin qarşısını almaqdır.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata görə, yeni modelə əsasən, şagirdlər il ərzində daha qısa, lakin daha tez-tez tətilə çıxacaqlar. Təhsil ekspertləri hesab edirlər ki, bu dəyişiklik həm müəllimlərin, həm də valideynlərin iş yükünü tənzimləməyə kömək edə bilər.

Lakin bəzi müəllim birlikləri və valideyn qrupları təklifə ehtiyatla yanaşır. Onların fikrincə, yay tətilinin qısaldılması ailəvi istirahət planlarını çətinləşdirə, həmçinin uşaqların psixoloji dincəlmə müddətini azalda bilər.

Hökumət bu məsələ ilə bağlı ictimai məsləhətləşmələrə başlayıb və qərarın 2026-cı ilin əvvəlində yekunlaşacağı gözlənilir.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox