2026-cı il üçün dövlət büdcəsində ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramın reallaşdırılması üçün 85 milyon manat vəsait nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, bu, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihə çərçivəsində ölkə üzrə 100 məktəb bu yeni maliyyələşmə modelində iştirak edəcək.
Ekspertlərin fikrincə, adambaşına maliyyələşmə məktəblərdə maliyyə şəffaflığını artırmağı və resursların səmərəli istifadəsini şərtləndirməlidir. Yeni maliyyələşmə modeli effektli olacağı təqdirdə, sözügedən məktəblərin sayı növbəti illərdə artırılacaq.