Azedu.az

Bu gün hava necə olacaq? - PROQNOZ

Xəbərlər

24 Oktyabr 2025, 08:32
Bu gün hava necə olacaq? - PROQNOZ

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıya və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox