Azedu.az

Uşaqlar niyə tez-tez xəstələnir?

Xəbərlər

23 Oktyabr 2025, 15:54
Uşaqlar niyə tez-tez xəstələnir?

Son zamanlar uşaqların tez-tez xəstələnməsi valideynləri ciddi narahat edir. Mövsüm dəyişikliyi, düzgün qidalanmama və zəif immunitet bu halların əsas səbəblərindən sayılır. Uşaqların sağlam böyüməsi üçün həm məktəbdə, həm də evdə gigiyena və sağlam həyat tərzi qaydalarına xüsusi diqqət yetirilməlidir.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb. 

O, qeyd edib ki, ilk aylarda ana südü ilə qidalanan uşaqlarda təbii immunitetin olmasına bağlı bir qoruyuculuq olur:

"Adətən 1 yaşdan sonra uşaqlarda “boğaz gəlmə”, öskürmə, qrip, ishal, qusma, qulaq ağrısı, sinusit və digər xəstələnmə hallarının sayı artır. Bu xəstələnmə halları bağça və erkən məktəb yaşlarında pik həddə çatır. Bağçaya gedən və məktəbə başlayan uşaqlarda il boyu burun axması, öskürmə, boğaz ağrısı, asqırma, sidik yolu infeksiyası, qulaq ağrısı, sinusit və s. şikayətlər davam edir. Bu durumun tək bir açıqlaması vardır: erkən yaşlı uşaqlarda immun sistemin yetkinsizliyi".

Uşaq orqanizmi mikroblarla yeni tanış olduqda, orqanizm bu mikrobla mübarizə aparmaq üçün “xəstələnir” və hər xəstələnmə zamanı müəyyən qədər immun antitellər qazanmış olur:

"Beləliklə, tez-tez xəstələnən uşaqların irəli yaşlarda immuniteti daha güclü olur. Odur ki, əziz valideynlər, övladınızın tez-tez xəstələnməsi onun gələcəkdə daha sağlam və dözümlü olacağından xəbər verir. Lakin uşaqlarda təbii immunitetin formalaşmasına bir sıra maneçiliklər törətmək olmaz!".

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox