Azedu.az

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xəbərlər

23 Oktyabr 2025, 13:37
Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

AzEdu.az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox