Azedu.az

Süni intellekt SAF Festivalının əsas istiqamətlərindən biri olacaq

Xəbərlər

23 Oktyabr 2025, 12:03
Süni intellekt SAF Festivalının əsas istiqamətlərindən biri olacaq

“Əgər ilk dəfə beynəlxalq statusda keçirdiyimiz SAF Festivalında 7 ölkə iştirak edirdisə, bu il iştirakçı ölkələrin sayı artıq 26 olacaq”. 

AzEdu.az xəbər verir ki, bunu “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.

O bildirib ki, qeydiyyat prosesi yekunlaşıb və 260-dan çox xarici məktəbli festivalda iştirak edəcək: “Bu, indiyədək keçirilən ən böyük festival olacaq. Festival çərçivəsində 18 kateqoriya üzrə həm yerli, həm də xarici məktəblilər yarışacaqlar. Bu il süni intellektin tətbiqi və onun önə çıxarılması festivalın əsas istiqamətlərindən biri olacaq”.

O, həmçinin şagirdlərimizin heç də digər ölkələrin şagirdlərindən geri qalmadığını, əksinə, üstün olduqlarını və öyrənməyə böyük həvəs göstərdiklərini dilə gətirib.

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox