Günəşdə plazma emissiyalarından (atılmalarından) sonra olduqca böyük partlayış baş verib.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
"Günəşin digər tərəfində çox böyük gecə partlayışı baş verib", - deyə məlumatda bildirilib.
Məlumata görə, bundan əvvəl şimal istiqamətində iki orta plazma emissiyası baş verib.