Azedu.az

Yupiter və Saturna bənzər iki planet kəşf edildi

Xəbərlər

23 Oktyabr 2025, 08:42
Yupiter və Saturna bənzər iki planet kəşf edildi

Astronomlar xüsusiyyətləri həm Yupiterə, həm də Saturna bənzəyən iki qeyri-adi ekzoplanet kəşf ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb.

Kəşf İrvin Kaliforniya Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu tərəfindən "Transiting Exoplanet Survey Satellite" (TESS) kosmik teleskopunun məlumatları əsasında aparılıb.

Planetlər TOI-5916 b və TOI-6158 b adlandırılıb. Onlar qırmızı cırtdan ulduzların orbitində fırlanırlar. Sıxlıqları Saturna bənzəyir, ölçüləri isə Yupiterlə müqayisə oluna bilər.

Hər iki planet kosmik miqyasda nisbətən yaxın məsafədə - Yerdən müvafiq olaraq 592 və 639 işıq ili uzaqlıqda yerləşir.

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox