Avstraliyanın Townsville şəhərində “Healthy Kindy Kids” adlı yeni proqram istifadəyə verilib. Proqram çərçivəsində kiçik yaşlı uşaqlara görmə, eşitmə, nitq və dil inkişafı üzrə sağlamlıq yoxlamaları pulsuz şəkildə təqdim olunur.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd məktəbə başlamazdan əvvəl uşaqlarda ola biləcək potensial problemləri erkən mərhələdə aşkarlamaq və vaxtında müdaxilə etməkdir.
Courier Mail nəşrinin məlumatına görə, proqram ilkin olaraq pilot bölgələrdə tətbiq olunur və uğurlu nəticələr əldə olunduğu halda ölkə miqyasında genişləndirilə bilər.
Bu təşəbbüs digər ölkələr, o cümlədən Azərbaycan üçün də erkən müdaxilənin faydalarını göstərən maraqlı model sayıla bilər.