Azedu.az

Şagirdlərin psixoloji rifahı üçün təşəbbüs - “Rəqəmsal etiraf”

Xəbərlər

22 Oktyabr 2025, 16:38
Şagirdlərin psixoloji rifahı üçün təşəbbüs - “Rəqəmsal etiraf”

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin psixoloqları tərəfindən şagirdlərin psixoloji rifahının dəstəklənməsinə xidmət edən yeni təşəbbüs reallaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, şagirdlərə öz hisslərini, fikir və narahatlıqlarını ifadə etmək imkanı yaradan “Rəqəmsal etiraf” adlı yeni layihəyə start verilib.

Layihə çərçivəsində şagirdlər məktəbin internet resurslarında yerləşdirilən, həmçinin məktəbin girişində və dəhlizlərdə asılan xüsusi QR kodu oxudaraq anonim şəkildə öz hisslərini, duyğu və narahatlıqlarını məktəbin psixoloq komandasına göndərə bilirlər. Bu yanaşma onlara həm rahat ünsiyyət mühiti yaradır, həm də psixoloji yardım almaq üçün müasir və etibarlı platforma təqdim edir. Rəqəmsal imkanlardan istifadə etməklə məktəb psixoloqları daha operativ şəkildə müraciətləri qəbul edir və fərdi, həmçinin qrup şəklində dəstək tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, məktəblilər və təhsil müəssisəsinin müəllim heyəti tərəfindən maraqla qarşılanan layihənin əsas məqsədi şagirdlərdə özünüifadə bacarığını inkişaf etdirmək və məktəbdə psixoloji təhlükəsiz mühiti təmin etməkdən ibarətdir.

 

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox