Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən təhsilə 3 milyard 56 milyon manat xərclənib.
AzEdu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 124,1 milyon manat vəxyd 4,2 % çoxdur.
Hesabat dövründə təhsil xərclərinin 61,9 %-i icra edilib.
Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 937,3 milyon manat ayrılıb.