Azedu.az

Məktəblərə işə qəbulla bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Xəbərlər

22 Oktyabr 2025, 14:02
Məktəblərə işə qəbulla bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən  ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri və laborant vəzifələri üzrə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

AzEdu.az xəbər verir ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə mərhələsində uğur qazanmayan namizədlər BŞTİ-yə, laborant vəzifəsi üzrə müsahibədə uğur qazanmayan namizədlər isə paytaxtdakı 306 nömrəli tam orta ümumtəhsil məktəbinə 24-28 oktyabr 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında yaxınlaşaraq Apellyasiya komissiyasına müraciət edə bilərlər.

Müraciətçilərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox