Azedu.az

Azərbaycanın multikulturalizm fənni 27 xarici universitetdə tədris olunur

Xəbərlər

22 Oktyabr 2025, 13:28
Azərbaycanın multikulturalizm fənni 27 xarici universitetdə tədris olunur

“Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni bu gün dünyanın 27 ali təhsil müəssisəsinin tədris proqramına daxil edilib”.

AzEdu.az xəbər verir ki, bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda məlumat verib.

O qeyd edib ki, bu, Azərbaycanın formalaşdırdığı multikulturalizm modelinə beynəlxalq səviyyədə artan marağın nəticəsidir:

“Müasir dövrdə təhsil sistemində yeni metodların tətbiqi qaçılmazdır. Qlobal vətəndaşlıq anlayışı, niyyətə əsaslanan identiklik, multikultural tədris modellərinin yaradılması və etik dəyərlərin öyrədilməsi artıq proqramların əsas hissəsinə çevrilib. Bu yanaşma xüsusilə Qərb universitetlərində daha aydın şəkildə müşahidə olunur. Məsələn, ‘Religious and Global Ethics’ və ‘Religious and Law’ kimi fənlər bir neçə ixtisasın birləşməsi ilə formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olur. Bu, müasir dünyanın tələblərinə cavab verən təhsil modelidir”.

Mehdiyevin müxalifət sevgisi - Əli Həsənovun da bu işdə barmağı var?
Son xəbərlərDaha çox