Azedu.az

Ramin Məmmədov: “Dini təhsil həm ənənəni, həm yeni çağırışları nəzərə almalıdır”

Xəbərlər

22 Oktyabr 2025, 11:22
Ramin Məmmədov: “Dini təhsil həm ənənəni, həm yeni çağırışları nəzərə almalıdır”

Azərbaycan dövlətinin dini təhsil modeli klassik İslam ənənələri və müasir pedaqoji yanaşmalar üzərində qurulub. 

AzEdu.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda bildirib:

“Bu modelin təkmilləşdirilməsi əsas hədəflərdəndir. Burada keçirilən elmi diskussiyalar təcrübə mübadiləsi baxımından faydalıdır.

Müasir dövrdə əsas sual budur: mənəvi dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu suala cavab dini təhsil modellərinin formalaşmasında aydın təsəvvür yarada bilər. Gərəkli olan model - həm mənəvi dəyərləri qorusun, həm radikalizmdən uzaq olsun, həm də gəncləri çağırışlara uyğun şəkildə yetişdirə bilsin.

Dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsasları qurulmalı, rəqəmsal texnologiyalar, süni intellekt və innovativ metodlar təhsildə tətbiq olunmalıdır. Din təhsili təkcə bilik ötürmək deyil, həm də cəmiyyətin sabitliyi və mənəvi kimliyinin qorunmasına xidmət etməlidir.

Bizə nə keçmişə qapanan, nə də mənəvi dəyərləri inkar edən bir model lazımdır. Ənənə və çağırışlar arasında tarazlığı qoruyan yeni model - sosial inteqrasiya və qlobal dialoqu dəstəkləyən bir yanaşma qurulmalıdır.

Dünyada tətbiq olunan müxtəlif dini təhsil modellərinin üstün cəhətləri öyrənilməli, İslamın mənəvi dərinliyi ilə Qərbin metodoloji yanaşmaları sintez edilməlidir. Nəticədə, həm hər xalqın dəyərlərinə hörmət edən, həm də müasir çağırışlara cavab verən universal bir model formalaşa bilər”.

Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi
Son xəbərlərDaha çox