Azedu.az

Teflonun parçalanması üçün ekoloji üsul tapılıb

Xəbərlər

22 Oktyabr 2025, 09:08
Teflonun parçalanması üçün ekoloji üsul tapılıb

Alimlər dünyada ən davamlı plastiklilərdən biri hesab edilən teflonun parçalanması üçün ekoloji cəhətdən təhlükəsiz üsul kəşf ediblər. üçün ekoloji cəhətdən təhlükəsiz üsul kəşf ediblər. Yeni tədqiqatın nəticələri plastik tullantıların azaldılması və ətraf mühitin qorunması baxımından mühüm addım kimi qiymətləndirilir.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə,EurekAlert portalında dərc olunan araşdırma Teflonun kimyəvi quruluşunun daha sadə və təbii üsulla parçalanmasının mümkünlüyünü göstərib. Mütəxəssislər bildirirlər ki, bu metod zərərli qazların və toksik maddələrin yaranmasına səbəb olmadan plastiklərin təkrar emalını təmin edə bilər.

Hazırda elm adamları bu prosesin sənaye miqyasında tətbiqini öyrənirlər. Onların sözlərinə görə, yeni yanaşma plastik tullantıların uzunmüddətli çirkləndirici təsirini azalda və gələcəkdə daha davamlı ekosistemlərin formalaşmasına töhfə verə bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticə planetin plastik çirklənməsi ilə mübarizəsində dönüş nöqtəsi ola bilər.

Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi
Son xəbərlərDaha çox