NASA-nın aparıcı alimləri Marsda həyatın izlərinə dair ən yaxın sübutları tapdıqlarını açıqlayıblar. Tədqiqatlar planetin səthində mikroorqanizmlərin mövcud ola biləcəyini göstərən əlamətləri müəyyən edib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, alimlər bildirir ki, bu kəşf planetdə həyatın olub-olmaması sualına cavab axtarışında mühüm addımdır. Eyni zamanda, tapıntılar gələcək missiyalarda Marsın daha ətraflı öyrənilməsinə imkan yaradacaq.
Mütəxəssislər vurğulayırlar ki, hələ də bu nəticələr ilkindir və əlavə analizlər tələb olunur. Bununla belə, Marsda həyatın mümkünlüyü ilə bağlı elmi ictimaiyyətdə böyük maraq yaranıb.