Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Nəriman Mirişov olimpiadanın gümüş medalına layiq görülüb.
Bakı şəhər üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə əldə edib.
Qeyd edək ki, İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.