Azedu.az

LDU-da ideoloji mövzuda konfrans keçirilib

Xəbərlər

21 Oktyabr 2025, 16:38
LDU-da ideoloji mövzuda konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) YAP Lənkəran Rayon Təşkilatı, Bakı Politoloqlar Klubu ilə birgə Konstitusiya və Suverenlik ili çərçivəsində “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb və konfransın olduqca vacib məsələyə həsr olunduğunu, günün reallığı ilə tam səsləşdiyini, gənclərin milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında müsbət rol oynayacağını bildirib. Prof. Natiq İbrahimov dövlət suverenliyinin, dövlətçilik ənənələrinin, ideloji sabitliyin qorunmasında gənclərin vətənpərvərlik, milli adət-ənənələrə, milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, bu istiqamətdə mütəmadi tədbirlərin keçirilməsi zamanın tələbidir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin baş məsləhətçisi Emin Həmidli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, politoloq Zaur İbrahimli çıxış edərək azərbaycançılıq ideologiyasının möhkəmlənməsində ictimai-siyasi institutların, xüsusən də təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, milli birliyin qorunmasının vacib şərti olan informasiya təhlükəsizliyinin təmin olunmasından, milli dəyərlərin təbliğinin əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox