Azedu.az

Gürcüstanda Azərbaycan dili məktəblərinə siyasi təzyiq artır

Xəbərlər

21 Oktyabr 2025, 17:14
Gürcüstanda Azərbaycan dili məktəblərinə siyasi təzyiq artır

Gürcüstanda bəzi siyasi dairələri artıq narahat edən əsas məsələ azərbaycanlıların öz dillərində təhsil alması və dilin qorunub saxlanmasıdır.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli bildirib.

O qeyd edib ki, son illərdə ölkədəki siyasi gərginlik Azərbaycan dilli məktəblərə də təsir göstərməyə başlayıb:

"Ümumiyyətlə, Gürcüstanda baş verən siyasi hadisələr görünür ki, tədris mühitinə də təsir edib. İndiyədək azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə yerləşən məktəblərə Azərbaycan dövlətinin büdcəsi hesabına  dərs vəsaitləri göndərilir. Buna baxmayaraq, Gürcüstan hökuməti həmin məktəblərin təmirinə dəstək göstərməyib. Azərbaycan dövləti və diasporası bu məktəbləri tədrisə yararlı vəziyyətə gətirmək üçün müəyyən addımlar atıb".

Gürcüstanda Azərbaycan məktəblərində artıq gürcü dili məcburi şəkildə tədris olunur və gürcü dilini bilməyən şəxslərin vəzifəyə yüksəlməsi mümkün deyil:

"Bu, bir tərəfdən müsbət haldır, çünki soydaşlarımız yerli dili öyrənərək gələcəkdə Gürcüstanın idarə olunmasında və əmək bazarında iştirak edə biləcəklər. Amma digər tərəfdən, həmin məktəblərin məzunlarının bir çoxu əvvəllər Azərbaycanda ali təhsil alma imkanına malik idilər. Onlar test imtahanlarında iştirak edib qəbul ola bilirdilər və qanun imkan verir ki, Azərbaycandan gəlməklə birbaşa qəbul olsunlar.

Məsələ burasındadır ki, son illərdə oradakı siyasi gərginlik Azərbaycan dilli məktəblərə də ciddi təsir göstərməyə başlayıb".

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox