Azedu.az

Alimlərdən yeni araşdırma: Genetik kodun axtarışı indi saniyələrlə ölçülür

Xəbərlər

21 Oktyabr 2025, 09:25
Alimlərdən yeni araşdırma: Genetik kodun axtarışı indi saniyələrlə ölçülür

Dünya alimləri genom tədqiqatlarında inqilabi yenilik təqdim ediblər. İsveçrənin ETH Zurich universitetinin tədqiqatçıları MetaGraph adlı yeni alət hazırlayıblar. Bu sistem “Google for DNA” adlandırılır, çünki o, genetik məlumatlar üçün axtarış mexanizmi kimi fəaliyyət göstərir.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, hazırda dünyada gen və RNA ardıcıllıqlarının saxlandığı məlumat bazalarının həcmi 100 petabayt həcmində qiymətləndirilir. Bu, internetdəki bütün mətn məlumatlarının həcminə bərabərdir. Ənənəvi üsullarla bu qədər böyük verilənlər üzərində axtarış aparmaq həm çox vaxt aparır, həm də böyük maliyyə resursları tələb edirdi.

MetaGraph aləti bu prosesi saniyələrə endirir. İstifadəçi bir DNA və ya RNA ardıcıllığını sorğu kimi daxil etdikdə, sistem həmin ardıcıllığın hansı nümunələrdə və hansı orqanizmlərdə mövcud olduğunu dərhal göstərə bilir. Bu, xəstəliklərin erkən aşkarlanması, antibiotik müqavimətinin izlənməsi və patogenlərin müəyyənləşdirilməsi baxımından mühüm yenilik sayılır.

Mütəxəssislərin sözlərinə görə, MetaGraph həm də iqtisadi baxımdan əlverişli alətdir. Böyük sorğular üçün hər megabaza üzrə axtarışın qiyməti təxminən 0,74 ABŞ dolları təşkil edir.

Sistem artıq açıq mənbə (open-source) kimi istifadəyə verilib və gələcəkdə daha geniş tədqiqat sahələrində tətbiqi planlaşdırılır. Alimlər hesab edirlər ki, MetaGraph gələcəkdə biologiyada böyük verilənlərin (big data) idarə olunmasında əsas vasitələrdən birinə çevriləcək.

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi
Son xəbərlərDaha çox