Hindistanın şimalında yerləşən Haryana ştatı xüsusi ehtiyacı olan uşaqların ümumi təhsil sisteminə inteqrasiyasını gücləndirmək məqsədilə "Haryana State Inclusive Education Guidelines, 2025" adlı yeni təlimatlar qəbul edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, ştatdakı məktəblərdə inklüziv təhsilin təmin olunması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bunlara sinif otaqlarında Braille (korlar üçün əlifba) materiallarının istifadəsi, əlillər üçün rampaların quraşdırılması, resurs otaqlarının yaradılması və müəllimlərin inklüziv təlimlərə cəlb olunması daxildir.
Rəsmilər bildirir ki, bu addımın əsas məqsədi təhsildə bərabərliyi təmin etmək və hər bir uşağın, o cümlədən fiziki və əqli məhdudiyyətli şagirdlərin, tədris prosesində aktiv iştirakını dəstəkləməkdir.