Azedu.az

Hər şagird fərqlidir: uğurlu tədrisin açarı fərdi yanaşmadadır

Xəbərlər

20 Oktyabr 2025, 16:24
Hər şagird fərqlidir: uğurlu tədrisin açarı fərdi yanaşmadadır

Müəllim cəmiyyətin mayakıdır. Mayak gəmiləri doğru yola yönəltdiyi kimi müəllim də şagirdləri düzgün istiqamətləndirir.

Bu sözləri AzEdu.az-a "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Xəzri Muradov söyləyib.

170505O bildirib ki, psixologiyalar fərqli olduğundan şagirdlərə yanaşmada fərqli strategiyalar tətbiq olunmalıdır:

"Bu gün müəllimin fənnini və özünü şagirdə sevdirməsi sadəcə bilik ötürməklə məhdudlaşmır. Müəllimin ünsiyyət tərzi, motivasiya üsulu və şagirdə yanaşması əsas faktorlardandır. Əgər müəllim dərsində maraqlı metodlardan istifadə edir, şagirdin fikrinə dəyər verir və onunla dostcasına, amma məsuliyyətli münasibət qurursa, o zaman şagird həm müəllimi, həm də fənni sevir. Bu, şagirdin dərsə münasibətini dəyişir, motivasiyasını artırır və nəticədə daha yüksək uğur əldə etməsinə səbəb olur".

Keçmişdə müəllim avtoritetini qorxu üzərində qururdu, şagirdlər isə çəkinirdi:

"Amma müasir dövrdə şagirdlər müəllimi sevib qəbul etmirsə, təhsil nəticələri də zəifləyir. Ona görə müəllim üçün ən doğru strategiya həm tələbkarlığı qoruyub saxlamaq, həm də şagirdlərlə pozitiv münasibət qurmaqdır. Çünki sevgi və hörmət üzərində qurulan təhsil daha davamlı və səmərəli olur.

Bütün şagirdlərə eyni yanaşmaq da olmur. Psixologiyalar fərqli olduğundan şagirdlərə yanaşmada fərqli üsullar tətbiq edilməlidir. Onlara yalnız fərd kimi deyil, həm də gələcəyimiz kimi yanaşmalıyıq",- deyə X.Muradov qeyd edib.

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi
Son xəbərlərDaha çox