Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunur.
AzEdu.az xəbər verir ki, seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər:
• Azərbaycan dili (tədris dili);
• Azərbaycan dili (dövlət dili);
• Riyaziyyat;
• Həyat bilgisi;
• Azərbaycan tarixi;
• Coğrafiya;
• Fizika;
• Biologiya;
• Kimya.
Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.
Müraciətlərin qəbulu [email protected] elektron poçt ünvanı üzərindən aparılır.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ci il, saat 21:00 müəyyən edilib.
Müsabiqə barədə əlavə məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.
Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir