Azedu.az

Alimlər insan sümüklərində mikroplastiklər aşkarlayıb

Xəbərlər

19 Oktyabr 2025, 12:13
Alimlər insan sümüklərində mikroplastiklər aşkarlayıb

Yeni elmi araşdırma insan sağlamlığı ilə bağlı narahatedici faktı üzə çıxarıb. Mikroplastik hissəciklər artıq insan sümüklərində də aşkar edilib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, plastik tullantılardan yaranan mikroskopik hissəciklər (5 millimetrdən kiçik ölçüdə) qan və limfa sistemi vasitəsilə orqanizmə daxil olaraq sümüklərə qədər çata bilir. Araşdırma nəticəsində bu hissəciklərin sümük hüceyrələrində iltihab yaratdığı, oksidləşmə stresinə və hüceyrə yenilənməsində problemlərə səbəb olduğu bildirilib.

Alimlərin sözlərinə görə, bu kəşf insan sağlamlığına plastik çirklənmənin təsiri barədə yeni suallar doğurur. Mikroplastiklərin sümüklərə qədər sirayət etməsi, xüsusilə də yaşlı insanlarda osteoporoz və sümük qırılmaları kimi problemləri dərinləşdirə bilər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticə ekoloji böhranın təkcə təbiətə deyil, birbaşa insan bədəninə də təsirini açıq şəkildə göstərir. Mütəxəssislər növbəti mərhələdə mikroplastiklərin uzunmüddətli təsirlərini araşdırmağı planlaşdırırlar.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox