İranın cənub-şərqində yerləşən Taftan vulkanı 700 min ildən çox davam edən sükutdan sonra yenidən aktivləşib.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, alimlərin məlumatına görə, vulkanın səthi 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər 10 ay ərzində təxminən doqquz santimetr yüksəlib.
Mütəxəssislər hesab edirlər ki, bu, vulkanın səthinin altında qaz təzyiqinin artmasından xəbər verir və onun tamamilə "yatmış" vəziyyətdən çıxdığını göstərir.
Alimlər bildirirlər ki, vulkanın oyanması ciddi seysmik müşahidə və davamlı monitorinq tələb edir, çünki prosesin necə inkişaf edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Taftan vulkanı 3940 metr hündürlükdə, İranla Pakistan sərhədində dağlıq ərazidə yerləşir.