Azedu.az

Mağazada yeniyetmə qaldırıcı qurğu ilə yükləri qaldırarkən yıxılıb

Xəbərlər

18 Oktyabr 2025, 14:21
Mağazada yeniyetmə qaldırıcı qurğu ilə yükləri qaldırarkən yıxılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində mağazada vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə AzEdu.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox