Azedu.az

Gələn il təhsilə daha çox, elmə isə az vəsait ayrılacaq

Xəbərlər

17 Oktyabr 2025, 19:20
Gələn il təhsilə daha çox, elmə isə az vəsait ayrılacaq

Azərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil və elm sahələrinə ayrılacaq vəsaitlər məlum olub.

Rəqəmlər göstərir ki, gələn il təhsil xərcləri artacaq, elm üçün nəzərdə tutulan vəsait isə azalacaq.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il üçün təhsil sahəsinə 4 milyard 937 milyon 283,2 min manat ayrılması nəzərdə tutulmuşdu. Yeni büdcə layihəsinə əsasən, 2026-cı ildə bu göstərici 5 milyard 15 milyon 897 min 622 manat olacaq. Yəni təhsil xərcləri təxminən 78 milyon manat artacaq.

Elm sahəsində isə əks meyl müşahidə olunur. Bu il elmə 239 milyon 213 min 243 manat ayrılmışdı. Gələn il üçün bu rəqəm 228 milyon 998 min 838 manat təşkil edəcək. Bu isə 10 milyon manatdan çox azalma deməkdir.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox