Azedu.az

Naxçıvanda təhsil işçiləri üçün təlim keçirilib

Xəbərlər

17 Oktyabr 2025, 19:46
Naxçıvanda təhsil işçiləri üçün təlim keçirilib

Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.


AzEdu.az xəbər verir ki, Oktyabrın 17-də  “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. 
Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən keçirilib.  

Təlimdə qonaqları salamlayan Naxçıvan təhsil nazirinin müavini Əli Vəliyev təlimin əhəmiyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb və birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.

Təlim çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda keçirilən təlimin məqsədi, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması barəsində geniş məlumat verib.

Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquq təminatı və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov təhsil sahəsində korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, Korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər və qabaqlayıcı tədbirlərin əhəmiyyəti barədə çıxış ediblər.

Qeyd edək ki, təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gələn problem və çətinliklərin qarşısının alınmasıdır. 
Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox