Təhsil Nazirliyinin əməkdaşları üçün təlim təşkil olunub.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşları üçün “Daxili nəzarət və audit sisteminin təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub.
Elm və Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimdə iştirakçılara daxili nəzarət tədbirlərinin prosedur qaydaları, auditin aparılması və nəticələrə əsaslanan tədbirlər, risk mədəniyyəti və risklərin idarə olunması və digər mövzularda məlumatlar verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin təşkilində məqsəd Nazirlik əməkdaşlarına nəzəri biliklərin aşılanması, təcrübə mübadiləsinin genişləndirilməsi, koordinasiyanın gücləndirilməsi və gələcəkdə vahid yanaşmanın formalaşdırılmasından ibarətdir.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparatında 2024-cü ildə “Daxili nəzarət” sektoru yaradılıb.