İrlandiyanın 21 aparıcı universiteti “Education in Ireland” proqramı çərçivəsində Hindistanın bir neçə böyük şəhərində təhsil sərgiləri və görüşlər keçirir. Səfərin əsas məqsədi İrlandiyada təhsil almaq istəyən hindistanlı tələbələr və onların valideynlərini təhlükəsizlik, təqaüdlər və təhsil imkanları barədə ətraflı məlumatlandırmaqdır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, səfər oktyabr ayının 4-dən 12-dək Chennai, Bengaluru, Kochi, Pune və Mumbai şəhərlərində təşkil olunub. Görüşlərdə universitet nümayəndələri tələbələrə İrlandiyada mövcud olan təhsil proqramları, qəbul qaydaları, yaşayış şəraiti və iş imkanları haqqında məlumat veriblər.
Təşkilatçılar qeyd edirlər ki, son dövrlərdə bəzi narahatlıqların yaranmasına baxmayaraq, İrlandiya hələ də beynəlxalq tələbələr üçün təhlükəsiz və əlverişli təhsil mərkəzi olaraq qalır. Universitetlər valideynlərlə də görüşərək övladlarının xaricdə təhsil alarkən təhlükəsizliyinin necə təmin olunacağı barədə sualları cavablandırıblar.
Eyni zamanda, tədbirlərdə təqaüd proqramları, maliyyə dəstəyi və məzun olduqdan sonra İrlandiyada iş imkanları barədə də geniş təqdimatlar təqdim olunub. Bu təşəbbüs Hindistandan olan tələbələrin İrlandiyada təhsil almağa marağını artırmaqla yanaşı, ölkənin