Bakıda şagirdlərin bıçaqlanma ilə bitən insidentinin təfərrüatı məlum olub.
Bu barədə AzEdu.az-a Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumatda qeyd olunub.
"Oktyabrın 15-də dərsdən kənar vaxtda - saat 16:00-da məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda bildirilib.
09:30
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.