Azedu.az

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

Xəbərlər

16 Oktyabr 2025, 11:56
Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

Azərbaycanın Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.

Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.

O, "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib.

R.Bəxtiyarov dörd dəfə Prezident mükafatına layiq görülüb.

GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ
Son xəbərlərDaha çox