Azedu.az

Günəşdə yağış olurmuş - alimlər bu fenomenin səbəbini açıqlayıblar

Xəbərlər

16 Oktyabr 2025, 09:07
Günəşdə yağış olurmuş - alimlər bu fenomenin səbəbini açıqlayıblar

Günəşdə “yağış” adlandırılan maraqlı bir təbii hadisə baş verir. Lakin bu, yer üzündəki kimi su deyil, alovlu plazma axınları şəklində müşahidə olunur.

AzEdu.az xarici elmi mediaya istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu günəş atmosferində baş verən bu “plazma yağışı”nın səbəbini modelləşdirərək açıqlayıb. Alimlərin fikrincə, bu proses Günəşin tac qatında, yəni ən üst atmosfer təbəqəsində temperatur və maqnit sahəsindəki kəskin dəyişikliklər nəticəsində yaranır.

Tədqiqatda qeyd olunur ki, tac qatında temperatur bir neçə milyon dərəcəyə çatır. Lakin bəzi lokal sahələrdə bu istilik kəskin şəkildə azalır və həmin yerdəki isti plazma soyuyaraq sıxlaşır. Bu zaman yaranan ağır plazma damlaları cazibə qüvvəsinin təsiri ilə “yağış kimi” aşağıya, Günəş səthinə doğru axır. Bu hadisə “solar rain” (günəş yağışı) adlanır.

Tədqiqatçılar kompüter modelləri vasitəsilə bu prosesi real şəraitdə simulyasiya ediblər. Onların fikrincə, “plazma yağışı” Günəşdə enerji dövranının və maqnit fırtınalarının mexanizmini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Elm adamları hesab edirlər ki, bu fenomenin öyrənilməsi Yerdə müşahidə olunan Günəş partlayışlarının proqnozlaşdırılmasına da kömək edə bilər. Çünki günəşdə baş verən hər bir istilik və maqnit dəyişməsi, nəticə etibarilə, Yer orbitindəki peyklərə və rabitə sistemlərinə təsir göstərə bilir.

Alimlər bu nəticələrə görə, Günəşdəki “yağış”ın sadəcə gözəgəlimli bir hadisə deyil, həm də kosmik hava şəraitinin öyrənilməsi üçün vacib bir açar olduğunu bildiriblər.

GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ
Son xəbərlərDaha çox