2015-2025-ci illər ərzində Türkiyədə ali təhsil sistemində ciddi bir dinamika yaşanıb. Rəsmi məlumatlara əsasən, bu dövr ərzində təxminən 19 milyon 49 min 203 tələbə universitet təhsilini yarımçıq buraxıb. Bu Türkiyənin ali təhsil sistemində diqqət çəkən və narahatlıq doğuran bir statistika kimi qiymətləndirilir.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb. Bu il ərzində tələbələrin universitetləri tərk etmə hallarında kəskin artım müşahidə olunub. Mütəxəssislər bu vəziyyətin əsas səbəbi kimi ölkədəki iqtisadi çətinlikləri, inflyasiyanın yüksəlməsini və gündəlik yaşam xərclərinin artmasını göstərirlər. Tələbələr üçün təhsil xərcləri kirayə, nəqliyyat, yemək və dərs materialları bir çox ailənin və fərdi gəncin maddi gücünü aşır.Bəzi tələbələr isə təhsili yarımçıq qoyaraq işləməyə üstünlük verirlər. Beləliklə, ali təhsilini davam etdirmək imkanını maliyyə səbəbindən itirən gənclərin sayı durmadan artır.
Türkiyənin müxtəlif universitetlərində tələbələrin sosial və iqtisadi dəstəklərlə bağlı gözləntilərinin artması, bu sahədə sistemli islahatlara ehtiyac olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, təhsilin davamlılığını təmin etmək üçün tələbələrə təqaüdlərin artırılması, sosial dəstək paketlərinin genişləndirilməsi və ali təhsil sisteminin daha inklüziv olması vacibdir.Bu statistika, təkcə ali təhsilin deyil, eyni zamanda gənclərin gələcəyi və ölkənin insan kapitalının inkişafı baxımından da strateji əhəmiyyət kəsb edir