Azedu.az

BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış etdi - FOTOLAR

Xəbərlər

15 Oktyabr 2025, 14:27
BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış etdi - FOTOLAR

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda iştirak edib.

AzEdu.az xəbər verir ki, öncə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqi ilə çıxış edərək təhsilin fundamental məqsəd olduğunu bildirib. Eyni zamanda Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2026-2030) toxunaraq təmsil etdiyi qurumun Azərbaycan hökumətinə dəstəyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini İdris İsayev təhsilin inkişafı və innovativ ixtisasların geniş tətbiqinin hər bir ölkə üçün, o cümlədən Azərbaycanın dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb etdiyini, təhsilə yatırılan investisiyaların strateji baxımdan nəticəyönlü olduğunu bildirib. Nazir müavini qeyd edib ki, təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış ediblər. Ardınca BMT-nin iqtisadçısı Hurşid Rüstəmov tərəfindən “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələri təqdim olunub. 

Daha sonra mövzu ilə bağlı panel müzakirə keçirilib. Panelə iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov moderatorluq edib.  Müzakirələrdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, BMU rektoru Yaqub Piriyev, BMT-nin Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi və "Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi Məryəm Məcidova iştirak ediblər.

EATDA direktoru Ülkər Səttarova Azərbaycan universitetlərinin beynəlxalq reytinq göstəriciləri barədə məlumat verib. Son illərdə açıq şəkildə yüksələn dinamikanın olduğunu qeyd edib.

Müzakirələr zamanı çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda universitetlərin əsas hədəflərindən, dayanıqlı inkişafın əldə edilməsi üçün təhsil, sosial siyasət və iqtisadiyyatın vahid ekosistem kimi fəaliyyət göstərməsindən bəhs edib. Yaqub Piriyev insan kapitalının inkişafı üzrə yeni rəqabətədavamlı kadr hazırlığının beynəlxalq standartlara uyğun aparılmasının BMU-nun 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Proqramının əsas ana xəttini təşkil etdiyini bildirib. Eyni zamanda BMU-nun əmək bazarının tələblərinə uyğun, innovativ düşüncəyə, texnoloji bacarıqlara malik bilikli kadrlar hazırlamaq üçün dövlət və özəl sektorla  əməkdaşlıq istiqamətində sistemli fəaliyyətini nəzərə çatdırıb. Həyata keçirilən işlərin həm sənayenin inkişafına elmi dəstək verəcəyi, həm də Azərbaycanın insan kapitalının keyfiyyətinin yüksəldilməsinə uzunmüddətli təsir göstərəcəyi bildirilib.  

Sual-cavab sessiyası ilə davam edən tədbirdə ötən dialoqlarda müzakirə olunan əsas mövzuların xülasəsinin yer aldığı DİM Dialoq Jurnalı təqdim edilib.

BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış edib - FOTOLAR

BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış edib - FOTOLAR

BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış edib - FOTOLAR

BMU-nun rektoru 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış edib - FOTOLAR

Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı
Son xəbərlərDaha çox